Bakıda ticarət mərkəzinin girişində aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı
Bakı şəhəri, Lökbatan qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların son durumu açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd olunub ki, oktyabrın 3-ü saat 13:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən beş nəfər (3 kişi, 2 qadın) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, 2 nəfərə (qadın) yerində tibbi yardım göstərilib.
Oxşar xəbərlər
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alnıb. İlkin məlumata görə, 19...