Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
Paytaxtın Səbail və Yasamal rayonlarında qeydə alınan oğurluq faktları ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.
DİN-dən BAKU.WS-ə bildirilib ki, Səbail rayonu ərazisində yerləşən marketlərə müştəri qismində daxil olaraq ümumilikdə 1400 manat dəyərində lotereya biletləri oğurlamaqda şübhəli bilinən A.İlyasov müəyyən olunaraq saxlanılıb.
Yasamal rayonunda isə avtomobilin qapısının açıq qalmasından istifadə edərək nəqliyyat vasitəsinin salonundan mobil telefon və pul kisəsi oğurlamaqda şübhəli bilinən Ş.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Yük avtomobili yolda qalıb - Nəqliyyat vasitələri 8 Noyabr-dan mərkəzə gələ bilmir
Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkət hissəsində qalıb. Daxi...