Rusiya kəşfiyyatı Bakıda doğulmuş erməni dünya çempionunu öldürmək istəyir?
Şahmat üzrə keçmiş dünya çempionu, Bakıda doğulan Harri Kasparov ABŞ və Litva xüsusi xidmət orqanlarının onun həyatı üçün təhlükə barədə xəbərdarlıq etdiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "BBC News" telekanalı məlumat verib.
Kasparovun sözlərinə görə, o və "Free Russia Forum"un həmtəsisçisi İvan Tyutrin təhlükəsizlik tədbirlərinə riayət etmələri barədə xəbərdarlıq alıblar. O, mümkün sui-qəsdin birbaşa hədəfi olduğunu bilmədiyini də qeyd edib.
ABŞ Ədliyyə Nazirliyi daha əvvəl "Russian Intelligence Services Network" şəbəkəsinin beş ehtimal edilən üzvünə qarşı ittiham irəli sürüb. İstintaqa görə, şəbəkə rusiyalı dissidentlərə qarşı hücum və qətllər hazırlayıb.
Kasparov Rusiyanı 2013-cü ildə tərk edib. O, 1963-cü ildə Bakıda anadan olub.
Oxşar xəbərlər
Quba-Xınalıq yolunda torpaq sürüşməsi - Yol tam bağlandı
Quba-Xınalıq yolunda torpaq sürüşməsi baş verib. BAKU.WS-in eksklüziv məlumatına görə, hadisə yolun "Nazlı bulaq" kimi tanınan hissəsində qeydə alınıb. Çökmə nə...