Tovuzda dəhşətli hadisə: Qadın yanıb öldü
Tovuzda yanğın hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Tovuzun Qovlar qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə ərazisində yerləşən fərdi yaşayış evlərinin birində anidən yanğın başlayıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.
Yanğın qısa müddətdə ərzində yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğın nəticəsində evdə olan 1981-ci il təvəllüdlü N.Hüseynova ağır yanıq xəsarətləri alıb.
Qadın FHN əməkdaşları tərəfindən evdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
45 yaşlı qadın ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib və həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb ediliblər.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Avtobus palçıqlı yolda batdı
Bakıda 135 nömrəli avtobus palçıqlı yolda batıb qalıb. BAKU.WS xəbər verir ki, bu barədə görüntü sosial şəbəkələrdə paylaşılıb. Videodan aydın olur ki, yolun a...