Türkiyə gözəli bu səbəbdən ölkəsini tərk etdi
Yeniliklərdən dərhal xəbərdar olun
1996-cı il Türkiyə gözəli seçilən Sevilay Öztürk ölkəsini tərk edib.
BAKU.WS xəbər verir ki, o bu addımı inşaat mühəndisi olan həyat yoldaşı Vehbi Varolun işi səbəbilə atıb.
O, Bolqarıstana köçdüklərini və İstanbuldakı evini bağladığını bildirib.
Qeyd edək ki, Sevilay Öztürk həm də aktrisadır.
O "Bahar", "Yasak Elma" və "Arka Sokaklar" kimi reytinqli layihələrdə rol alıb.
Həyat yoldaşının ona heç bir maneə törətmədiyini dilə gətirən Sevilay, "Türkiyədən maraqlı təkliflər gələrsə dəyərləndirirəm. Layihə olduqca gəlib işlərimi görəcəm" deyərək ekranlara və səhnələrə açıq olduğunu vurğulayıb.
Xatırladaq ki, Sevilay Öztürk 2023-cü ildə Vehbi Varol ilə ailə qurub.
Qalereya
Oxşar xəbərlər
Gözəlləşmək üçün Amerikadan Türkiyəyə gedən fenomenin SON HALI
Gözəlləşmək üçün Amerikadan Türkiyəyə gedən sosial media fenomeni Eylül Öztürk görünüşü ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, sosial şəbəkədə yeni fotoları...