Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır?
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur.
BAKU.WS "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağına səbəb olan bina ilə bağlı müxtəlif ehtimallar səsləndirilir.
Maraqlıdır ki, binada yaşayış olmasa da, aşağı mərtəbələrdə müxtəlif obyektlər fəaliyyət göstərir.
Sosial şəbəkələrdə yayılan iddialarda binanın konstruksiyasında problem olduğu üçün mənzillərin satışa çıxarılmadığı da bildirilir.
Fövqaladə Hallar Nazirliyindən bildirilib ki, qeyd olunan ünvanda yerləşən çoxmənzilli yaşayış binasına Nazirliyin Titikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyin tərəfindən istismara hazırlıq aktı verilib.
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlara təsir edə bilər – XƏBƏRDARLIQ
Noyabrın 23-ü üçün tibbi-meteoroloji proqnoz açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Abşeron...