Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər
Gəncədə bacı-qardaş yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində baş verib.
1998-ci il təvəllüdlü T.Əliyev və onun 1996-cı il təvəllüdlü bacısı Ə.Əliyeva əl və üz nahiyələrinin yanığı diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Akademik Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
İlkin məlumata görə, onlar kimyəvi maddədən yanıq xəsarətləri alıblar.
Hazırda hər iki şəxsin müalicəsi davam etdirilir, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Seymur Nəcəfova yüksək vəzifə verildi
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə yeni prorektor təyin edilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin m...