Gəncədə 28 yaşlı kişi bıçaqlanıb
04
okt
2026
10:23
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Goranboy rayon sakini, 1998-ci il təvəllüdlü T.Məmmədov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, T.Məmmədov tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Əraziyə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəhid yoldaşından duyğulandıran sözlər: "Güllə yağışı altında yaralıları xilas edirdi"
Vətən müharibəsi zamanı böyük qəhrəmanlıq göstərən şəhidlərimizdən biri də Qəzənfər Mütəllimovdur. O, yaralı hərbçilərin döyüş meydanından təxliyəsində iştirak...