Mobil danışıq kartları niyə yoxa çıxıb?

Mobil danışıq kartları niyə yoxa çıxıb?
Sosial 3376

Bakıdan Ağcabədiyə qonaq gedən Ülviyyə Kərimova bir həftə Hindarxında qohumlarının evində dincəlməli olub. Ülviyyə xanım bir həftə ərzində telefonu üçün danışıq kartı tapa bilməyib.

Ülviyyə Kərimovanın BAKU.WS-ə etdiyi şikayətə əsasən işlətdiyi "Bakcell” nömrəsi üçün "kontur” tapa bilmədiyinə görə, Bakıdakı tanışlarından kömək istəyib: "Rayonda nə "kontur” satırlar, nə də balansa pul köçürmək üçün aparat tapılır. Quraşdırılan aparatlar da işləmir”. Bu problem əslində təkcə Ağcabədidə deyil. Eyni zamanda Qazaxda və digər regionlarda da mövcuddur. Məsələ ilə əlaqədar ilk növbədə "Bakcell” mobil operatoru ilə əlaqə saxladıq. Şirkətdən BAKU.WS-ə bildirdilər ki, satışa onlar nəzarət etmir. Daha sonra "Azercell” mobil operatorunun da fikrini öyrəndik. Operator kağız danışıq kartlarının şirkət tərəfindən yalnız diller mağazalarına paylandığını bildirdi. "Alış üçün marketlər özləri müraciət etməlidirilər. Lakin onlar aparat sistemi ilə çalışmağı daha məqsədəuyğun hesab edirlər. Aparatdan aldıqları faiz kağız konturlardan aldıqları faizdən çox olduğu üçün kağız "kontur"ların satışına üstünlük verilmir. Bölgələr də artıq aparat sisteminə keçdiyi üçün bir çox marketlər kağız danışıq kartlarının satışını dayandırıblar”, - deyə şirkətdən bildirilib. Məsələ ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyilə əlaqə saxladıq. Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşviq Əmirov BAKU.WS-ə açıqlamasında bildirib ki, bu barədə quruma heç bir şikayət daxil olmayıb. Nazirlik rəsmisi problem barədə araşdırmaların aparılacağını bildirib. Ziya Səccad Ayşən Ayxan BAKU.WS

Oxşar xəbərlər

Paytaxt supermarketlərində zəhərli toyuqlar satılır

Paytaxt supermarketlərində zəhərli toyuqlar satılır

"Kənd toyuğu almaq üçün yaxın marketlərdən birinə getdim. Satıcı qətiyyətlə toyuğun kənd toyuğu olduğunu bildirdi. İlk təəsüratda elə olsa da, evə gətirib bişir...

2714 Sosial 16:06 13 avqust 2015

Son xəbərlər