Dövlət qulluğuna işə düzəlmək istəyənlərin nəzərinə!
Dövlət Sosial Müdafiə Fondu üzrə dövlət qulluğuna müsabiqə yolu ilə qəbul davam edir.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan BAKU.WS-ə verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fondu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə vakant vəzifələrin siyahısını Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edib. Komissiya həmin yerlərin tutulması üçün oktyabrın 28-də yeni müsabiqə elan edib.
Ötən dövr ərzində vakant yerlər üzrə müsabiqənin test və müsahibə mərhələlərində uğur qazanan 81 nəfər Dövlət Sosial Müdafiə Fondunda aidiyyatı vəzifələrə təyin olunub. Hazırda Fond üzrə 278 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunmuş növbəti müsabiqə çərçivəsində müraciətlərin qəbulu davam etdirilir.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda işləyən əcnəbilərin sayı açıqlandı
Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorunda...