Azərbaycanda pensiya yaşı 65-ə qaldırıla bilər

Azərbaycanda pensiya yaşı 65-ə qaldırıla bilər
Sosial 1365

"İnsanların istehsalatda peşə fəaliyyətləri müddətləri ilə pensiyaya çıxma yaşları arasında müəyyən uyğunluq olmalıdır”.

BAKU.WS-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib. Onun sözlərinə görə, pensiya yaş həddi ilə bağlı bəzi uyğunsuzluqlar var: 

"Bu gün büdcə təşkilatlarında çalışma dövrü 65 yaşa qədərdir. Amma bizdə pensiya yaşı bundan kifayət qədər aşağıdır (kişilər 63, qadınlar 60 yaşında). Təbii ki, bu da müəyyən uyğunsuzluqları ifadə edir. Ötən müddətdə, biz bu istiqamətdə, demokrafiq göstəricilərin üzərində tənzimləmələr aparmaqla uğurlu fəaliyyəti yekunlaşdırmışıq. Amma uzunmüddətli perspektivdə Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlılığının təmin olunması üçün qeyd etdiyim istiqamətdə islahatların aparılması zəruridir”, - E.Mehdiyev əlavə edib. 

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda uşaqlara ad verilməsi qaydaları dəyişir

Azərbaycanda uşaqlara ad verilməsi qaydaları dəyişir

Azərbaycanda uşaqlara adların verilməsi ilə bağlı tətbiq olunacaq yeni qaydalarla bağlı lazımi tövsiyyələr Milli Elmlər Akademiyası tərəfindən Nazirlər Kabineti...

7251 Sosial 09:35 20 sentyabr 2015

Son xəbərlər