Prezidentin tapşırığına əsasən Ziya Məmmədov əhalinin dərdini dinlədi

Prezidentin tapşırığına əsasən Ziya Məmmədov əhalinin dərdini dinlədi
Sosial 1108

Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir,

BAKU.WS-in məlumatına görə, nəqliyyat naziri Ziya Məmmədov da ölkə başçısının tapşırığıa uyğun olaraq vətəndaşlarla görüşüb. Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə nəqliyyat naziri Ziya Məmmədov noyabrın 6-da Ağdaş rayonunun Heydər Əliyev Mərkəzində bu rayondan, eləcə də Ucar və Göyçaydan olan 30-dək vətəndaşı qəbul edib.

Qəbula gələn vətəndaşların müraciətləri əsasən avtomobil yollarının yenidən qurulması, yeni avtobus marşrutlarının açılması, yollarda cari təmir işlərinin aparılması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Nazir Z.Məmmədov vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar nazirliyin struktur rəhbərlərinə göstərişlər verib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbulda vətəndaşlar son illər ərzində yol-nəqliyyat sistemində görülmüş işlərlə bağlı minnətdarlıqlarını da ifadə ediblər.

Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Ziya Məmmədovu niyə prezidentin yanında görmürük? (RƏSMİ AÇIQLAMA)

Ziya Məmmədovu niyə prezidentin yanında görmürük? (RƏSMİ AÇIQLAMA)

Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında iştira...

1781 Siyasət 10:47 06 noyabr 2015

Son xəbərlər