Ziya Məmmədovu niyə prezidentin yanında görmürük? (RƏSMİ AÇIQLAMA)

Ziya Məmmədovu niyə prezidentin yanında görmürük? (RƏSMİ AÇIQLAMA)
Siyasət 1781

Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.

BAKU.WS-in məlumatına görə, tədbirdə yenə də nəqliyyat naziri Ziya Məmmədov iştirak etməyib. Nəqliyyat nazirliyindən yalnız "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədr əvəzi Saleh Məmmədov iştirak edib.

Nəqliyyat nazirinin bu dəfə nə səbəbdən yeni yol açılışında iştirak etməməsinin səbəbi bilinmir. Bunun səbəbini Nəqliyyat Nazirliyində də bilən yoxdur. Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla danışarkən öyrəndik.

"Ziya Məmmədovun həmin tədbirdə iştirak etməməsinin səbəbini bilmirəm. Mən ümumiyyətlə bu barədə danışmaq istəmirəm”, - deyə Namiq Həsənov bildirib.

Qeyd edək ki, ötən ay da yol açılışında nazir Ziya Məmmədov iştirak etmirdi. O zaman qurum bunun səbəbini nazirin məzuniyyətdə olması ilə əsaslandırdı.

BAKU.WS

Oxşar xəbərlər

Nəqliyyat Nazirliyində nələr baş verir? (RƏSMİ AÇIQLAMA)

Nəqliyyat Nazirliyində nələr baş verir? (RƏSMİ AÇIQLAMA)

"Nəqliyyat Nazirliyində hər gün iclas keçirilir. İclas ya nazir, yaxud da nazir müavinlər tərəfindən aparılır. İslahatlara gəlincə, qurumda islahatlar aparılır”...

1151 İqtisadiyyat 11:31 05 noyabr 2015

Son xəbərlər