Nəqliyyat Nazirliyində nələr baş verir? (RƏSMİ AÇIQLAMA)
"Nəqliyyat Nazirliyində hər gün iclas keçirilir. İclas ya nazir, yaxud da nazir müavinlər tərəfindən aparılır. İslahatlara gəlincə, qurumda islahatlar aparılır”.
Bu barədə Nəqliyyat nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, nazirliyin bir qurumunun rəhbər işçiləri tutduqları vəzifələrdən azad olunub. Onlardan bəziləri yeni işlə təmin edilib. Bu işlər çoxdan görülüb. "Əslində deyilənlər köhnə söhbətdir. İndi də nəqliyyat müfəttişlərinin iş yerlərini dəyişdirilməsi və digər islahatlar da aparılır. Bu gündəlik məsələlərdir və davamlı proseslərdir”, - deyə Namiq Həsənov bildirib. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Nazirlik Bakıda "Forsaj"vari qaçdı-qovdu videosu ilə bağlı rəsmi açıqlama yaydı (VİDEO)
Nəqliyyat Nazirliyi oktyabrın 19-da müfəttişlərin yük maşını qovması ilə bağlı yayılan videoya açıqlama verib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsə...