Bakı yollarında "Forsaj" sayağı qaçdı-qovdu (VİDEO)
Facebook sosial şəbəkəsində nəqliyyat müfəttişlərinin yenə də özbaşına fəaliyyət göstərdikləri barədə video yayılıb. BAKU.WS-in məlumatına görə, "Sancaq” qrupunda yayılan videoda iki Nəqliyyat Nazirliyinə məxsus avtomobilin bir yük maşınını təqib etdiyi görünür. Müfəttişlər maşını saxlaya bilmirlər. Videonun oktyabr ayının 14-də çəkildiyi bildirilir. Həmin dövrdə isə artıq nazirlik müfəttişlərində səlahiyyət alınmışdı. Məsələni dəqiqləşdirmək üçün Nazirliklə əlaqə saxladıq. Qurumun rəsmisi Namiq Həsənov BAKU.WS-ə bildirib ki, adətən belə videolar köhnə olur: "Mən dəqiqləşdirəcəyəm ki, video həqiqətən nə vaxt çəkilib. Biz hazırda müfəttişlərin fəaliyyətini dayandırmışıq. Lakin müfəttişlərdən səlahiyyətlər tam alınmayıb. İndi onların səlahiyyətləri müəyyənləşdirilir”, - deyə Namiq Həsənov bildirib.
Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Ziya Məmmədov işə çıxdı
Son günlər ictimaiyyətdə nəqliyyat naziri Ziya Məmmədovun işdən çıxdığı, hətta onun saxlanıldığı bildirilirdi. Kütləvi informasiya vasitələrində də nəqliyyat na...