Nəqliyyat müfəttişinin açıq-aşkar dilənçiliyi (VİDEO)
Sosial şəbəkələrdə Nəqliyyat Nazirliyinin müfəttişlərinin daha bir özbaşınalığı ilə bağlı video yayılıb.
BAKU.WS-in məlumatına görə, video TIR maşınının sürücüsü tərəfindən çəkilib. Videoda görünür ki, yük maşını nəqliyyat müfəttişləri tərəfindən saxlanılıb. Avtomobilin sürücüsü isə türk olub. Müfəttiş sürücüdən açıq-aşkar pul istəyir. Həm də müfəttiş az qalır sürücüdən rüşvət almaq üçün yalvarsın.
"Bayram günüdür. Pul ver”, - deyə müfəttiş "dilənir”. Sürücü isə avtomobilin şirkətə məxsus olduğunu deyir və pul verə bilməyəcəyini bildirib. Videonun Qurban bayramı ərəfəsində çəkildiyi iddia olunur. Məsələni araşdırmaq üçün Nəqliyyat Nazirliyilə əlaqə saxlamağa çalışdıq. Lakin suallarımıza cavab verən tapılmadı. Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Qadını əri yanında yerə yıxdılar (VİDEO)
Rusiyada ərlə arvad "Volqa” markalı maşını yudurtmaq üçün avtoyuma məntəqəsinə gediblər. BAKU.WS-in məlumata görə, məntəqəyə girəndə maşın arxada dayanan "Hond...