Azərbaycanda “Yol dələduzu”nun yeni videosu yayıldı (VİDEO)
Sosial şəbəkələrdə Azərbaycan yollarındakı fırıldağla bağlı yeni video yayılıb.
BAKU.WS-in məlumatına görə, sosial şəbəkəyə yerləşdirilmiş videodan görünür ki, bir şəxs avtomobilini yol kənarında saxlayaraq ötüb keçən maşınlara əl edir. Maşının yanından keçən bir avtomobilin sürücüsü isə maşını saxlayaraq ona kömək etmək istəyir. Yol kənarında dayanmış şəxs ailəsi ilə ziyarətə getdiyini və yarıyolda maşının sürət qutusunun dağıldığını, təmirə bütün pulunu sərf etdiyini bildirir. Yoluna davam etmək üçün benzin pulu istəyən həmin şəxs sürücülük vəsiqəsini girov qoymağa da razılaşır. Yoldan ötən şəxs isə həmin sürücüyə 5 manat verdikdə o etiraz edir. Sürücü 10 manat tələb edir. 5 manatla mənzilbaşına gedib çata bilməyəcəyini deyir.
Qeyd edək ki, buna bənzər hadisələr Azərbayacan yollarında tez-tez qeydə alınır. Yol kənarında maşınlarını saxlayan dələduzlar keçənlərdən benzin, 10, 15, 20 manata qədər pul istəyirlər. İstədikləri məbləği almayanda isə maşında uşaqların olduğunu və onları yolda qoymağın insanlığa sığmadığını bildirərək təzyiq edirlər.
Azad Əliyev
BAKU.WS
Oxşar xəbərlər
Bakıda daha bir bayker yol polisinə etiraz edir (VİDEO)
Paytaxtda daha bir bayker yol polisinə etiraz edib. BAKU.WS-in məlumatına görə, Həsən Məhərrəmov adlı şəxs hadisəyə aid video paylaşıb. Video Bakı Şəhər Yol P...