Ziya Məmmədov xalq içinə çıxdı (FOTO)

Ziya Məmmədov xalq içinə çıxdı (FOTO)
Sosial 2220

Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 23-də Neftçalada qəbul keçirib.

Nəqliyyat Nazirliyinn mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun BAKU.WS-ə verdiyi məlumata görə, Ziya Məmmədov Salyan, Biləsuvar və Neftçala rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciətlərini, şikayət və təkliflərini dinləyib.

Qeyd edək ki, vətəndaşların müraciətləri əsasən avtomobil yollarının təmiri və yenidən qurulması, yeni avtobus marşrutlarının açılması, Bəhrəmtəpə-Biləsuvar, Neftçala Mayak avtomobil yolunda cari təmir işlərinin aparılması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Nazir Ziya Məmmədov vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar nazirliyin struktur rəhbərlərinə göstərişlər verib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Vətəndaşlar yol-nəqliyyat sistemində görülmüş işlərlə bağlı, xüsusən də Neftçala rayonunun Bankə qəsəbəsində, Kür çayı üzərindəki körpünün bərpası ilə əlaqədar minnətdarlıqlarını ifadə ediblər.

Qəbul zamanı 30-dək vətəndaşın müraciətinə yerində baxılıb. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Ziya Məmmədov əhalinin dərdini dinləyəcək

Ziya Məmmədov əhalinin dərdini dinləyəcək

Artıq məzuniyyətdən qayıdan Nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 23-də vətəndaşlarla görüşəcək. BAKU.WS-in məlumatına görə, vətəndaşların qəbulu və müraciə...

1643 Sosial 13:08 20 oktyabr 2015

Son xəbərlər