Ziya Məmmədov əhalinin dərdini dinləyəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, nəqliyyat naziri Ziya Məmmədov dekabrın 18-də Xızı şəhərində bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Nəqliyyat Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların – Abşeron, Siyəzən, Xızı rayon sakinlərinin mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar dekabrın 17-si saat 09:00-dan 18:00-dək Xızı "3 saylı Yol İstismar İdarəsi” (Xızı rayonu, Yeni Yaşma stansiyası), Siyəzən "4 saylı Yol İstismar İdarəsi” (Siyəzən şəhəri, H.Əliyev küçəsi, 153), Abşeron "4 saylı İxtisaslaşdırılmış Müəssisə” MMC (Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 25) ünvanlarında qəbula yazıla bilərlər.
BAKU.WS
Oxşar xəbərlər
Prezidentin tapşırığına əsasən Ziya Məmmədov əhalinin dərdini dinlədi
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, BAKU.WS-in...