Bakıda bəzi avtobusların marşrut xətti dəyişdirildi (SİYAHI)
Sabahdan "Baku-Bus”un yeni avtobusları istifadəyə veriləcək.
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızının BAKU.WS-ə verdiyi məlumata görə, yeni avtobuslar 1 saylı xətt üzrə işləyəcək.
1 saylı marşrut avtobusunun hərəkət cədvəli: "Koroğlu” metrostansiyası – Heydər Əliyev prospekti -28 may metro stansiyası istiqamətində olacaq. 1 saylı marşrut avtobusunun fəaliyyətə başlaması ilə əlaqədar bəzi avtobuslarının xətlərində dəyişikliklər olunub. Dəyişikliyə əsasən 11 nömrəli marşrut "H.Aslanov” metro st.dan Q.Qarayevpr. ilə "Koroğlu” metro st. – Ziya Bünyadov pr. – Ə.Rəcəbli küç. – Ak.H.Əliyev küç. – "Gənclik” metro st. – Ağaoğlu küç. – Xətai pr. Istiqamətində işləyəcək. 38 saylı avtobus isə Keşlə qəs. – H.Əliyev pr. – "Şəfa” stadionu – M.Nərimanov küç. (tunel) – "Ulduz” metro st. – Heydər Əliyev prospekti – A. Nemətulla küçəsi istiqamətində işləyəcək.
136 saylı avtobus Qara Qarayev” metro st. – "Koroğlu” metro st. – Heydər Əliyev prospekti – Mərdəkan qəs. – Şüvəlan Şimal DRESS istiqamətində hərəkət edəcək.
184 saylı avtobus xətti isə Suraxanı qəs. – Heydər Əliyev pr. – "Koroğlu” metro stansiyasına daxil oalcaq.
100 saylı marşrut xətti isə ləğv edilərək 136 saylı marşrut daşıycısının xidmətinə verilib. Dəyişiklik 1 sentyabr 2015-ci ildən qüvvəyə minəcək. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Metronun qəribə geyimli sərnişinləri (FOTO)
Metrolarda hər gün bir-birindən fərqli geyimdə insanlarla qarşılaşırıq. Bəzən qarşımıza elə insanlar çıxırki onları görüb təəccüblənməmək mümkün deyil. Bəzən...