Bakının mərkəzində internet pulsuz olacaq

Bakının mərkəzində internet pulsuz olacaq
Sosial 1678
 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əhalinin pulsuz internetlə təminatı üçün yeni layihəyə başlayır.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, layihəyə əsasən, nazirlik "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Dövlət Bayraq Meydanı daxil olmaqla bütün Dənizkənarı Milli Park və "Fəvvarələr meydanı” ərazilərini ictimai "WiFi” şəbəkəsi ilə təmin edəcək. Artıq layihələndirmə işləri başa çatıb. Yaxın müddətdə layihənin icrasına başlanılacaq.

İctimai internet layihəsinin həyata keçirilməsində əsas məqsəd paytaxt sakinlərini və şəhərimizin qonaqlarını simsiz və yayılan texnologiya vasitəsilə pulsuz internetlə təmin etməkdir. İlkin mərhələdə əhalinin daha çox sıx istirahət etdiyi yerlər seçilib.

Genişzolaqlı sürətli internet təminatı Bakı sakinləri, yerli və xarici turistlər üçün qlobal şəbəkəyə pulsuz çıxış imkanı yaradacaq.

BAKU.WS

Oxşar xəbərlər

Bakının bu küçələrində piyadaların girişi də qadağan olundu - SİYAHI

Bakının bu küçələrində piyadaların girişi də qadağan olundu - SİYAHI

"İyunun 14-ü gecə saatlarından başlayaraq paytaxt Bakıda bir sıra mərkəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə qoyulan tam məhdudiyyət piyadalara d...

10233 Sosial 14:34 14 iyun 2016

Son xəbərlər