Bakı avtobuslarında pulsuz internet olacaq

Bakı avtobuslarında pulsuz internet olacaq
Sosial 1596

Yaxın gələcəkdə "BakuBus" MMC-in Iveco markalı yeni avtobuslarında pulsuz Wi-Fi olacaq. 

BAKU.WS-in məlumatına görə, bunu MMC-nin direktor müavini Vüsal Kərimli jurnalistlərə açıqlamasında deyib.  Onun sözlərinə görə, lazım olan avadanlıq artıq avtobuslarda quraşdırılıb. 

"Avadanlıq artıq quraşdırılıb. Bəzi tamamlama işlərini yerinə yetirmək və cihazı işə salmaq qalıb. Pulsuz internet xidməti ilkin mərhələdə "28 May" metro stansiyası - Heydər Əliyev aeroportu arasındakı xətdə işləyən ekspress avtobuslarda göstəriləcək. Gələcəkdə bu xidmət qalan bütün marşrutlarda da istifadəyə veriləcək", - deyə V.Kərimli bildirib. 

Qeyd edək ki, artıq "BakuBus” MMC bu gündən etibarən Bakı şəhərinin mərkəzi hissəsində yeni 1 nömrəli sərnişin avtobus marşrut xəttini istifadəyə verib. 

Fransa istehsalı olan "Iveco” avtobusları 1 saylı xətt üzrə "28 May” metro stansiyasından başlayaraq, Heydər Əliyev prospektindən keçməklə "Koroğlu” metrostansiyası istiqamətində hərəkət edəcək.

Ümumi uzunluğu 17,7 km. olan marşrut xətti hər iki istiqamət üzrə 15 dayanacağı özündə birləşdirir və nəzərdə tutulmuş xətt üzrə 14 avtobus fəaliyyət göstərəcək. Avtobusların hərəkət cədvəli saat 06:00-dan 23:00-a qədərdir.

BAKU.WS

Oxşar xəbərlər

Yeni avtobuslar istifadəyə verildi (FOTO)

Yeni avtobuslar istifadəyə verildi (FOTO)

"BakuBus” MMC bu gündən etibarən Bakı şəhərinin mərkəzi hissəsində yeni 1 nömrəli sərnişin avtobus marşrut xəttini istifadəyə verib. BAKU.WS-in "Report”a istin...

2882 Sosial 11:29 06 sentyabr 2015

Son xəbərlər