Paytaxta yeni avtobuslar gətirildi-EKSKLÜZİV (FOTO)

Paytaxta yeni avtobuslar gətirildi-EKSKLÜZİV (FOTO)
Sosial 2645

  Bakıya yeni sərnişin avtobusları gətirilib. Bu barədə yeni avtobusları gətirən "Çinar-Trans” MMC-nin direktoru Etibar Manafov BAKU.WS-ə məlumat verib. "Bu ilin əvvəlində həmin avtobuslardan 25 ədəd gətirmişdik. İndi də 3 ədəd gətirilib. Bununla da, 88 saylı avtobuslar tam yenilənib. Bundan sonra sentyabr ayında yenə həmin avtobuslarda gətirəcəyik. Bu dəfə isə 202 saylı xəttin avtobusları tamamilə yenilənəcək. Sonra isə digər marşrut xətlərini yeniləyəcəyik”,  deyə Etibar Manafov bildirib. Onun sözlərinə görə, yeni gətirilən avtobuslar 25 oturacaqdan ibarətdir. Bundan başqa, avtobusda 30 nəfərə qədər sərnişin ayaq üstə dayana bilər. Avtobus Avro 5 standartlarına uyğundur. Avtobusda 3 kamera var. Sürücü kabinəsində isə monitor quraşdırılıb. Sürücü monitor vasitəsilə avtobusu bütünlüklə görə bilir. Avtobusda baş verənlər isə kameranın yaddaşına yazılır. Sürücü səsgücləndirici vasitəsilə sərnişinlərə müraciət də edə bilər. Sərnişin avtobusunda kondisioner və istilik sistemləri quraşdırılıb. Qeyd edək ki, yeni avtobuslar İtaliya və Türkiyənin birgə istehalıdır. Yeni avtobusların ən mühüm xüsusiyyəti isə arxa və ön hissələrin yola uyğun idarə edilməsidir.

BAKU.WS yeni avtobusların fotolarını təqdim edir. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər