Bakıda üç rayonda söküləcək binalarla bağlı RƏSMİ AÇIQLAMA

Bakıda üç rayonda söküləcək binalarla bağlı RƏSMİ AÇIQLAMA
Açıqlama
Sosial 337

Bakıda köhnə və təhlükəli binaların sökülməsi ilə bağlı yeni mərhələ başlayıb.

BAKU.WS-in məlumatına görə, Binəqədi, Sabunçu və Suraxanı rayonlarında istismar müddəti bitmiş tikililərin yıxılması üçün layihə-smeta sənədlərinin hazırlanması üçün podratçı şirkət seçilib.

Bu addımlar paytaxtda yaşayış təhlükəsizliyinin artırılması, köhnəlmiş tikililərin yenilənməsi və şəhər estetikası baxımından həyata keçirilən uzunmüddətli proqramın tərkib hissəsidir.

Söküntü planına daxil olan bəzi ünvanlar:

Sabunçu rayonu: Babək küçəsi, ev 23, M. Frunze küçəsi, ev 16, 6-ci Mədən küçəsi, ev 38, Məmmədəliyev küçəsi, ev 32,

Suraxanı rayonu: Xanlar Ələkbərov küçəsi, ev 87,

Binəqədi rayonu: Ağa Nemətulla küçəsi, ev 13, Dəmiryol küçəsi, ev 19.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən ünvanlarda yerləşən qəzalı binalar sıx tikilmiş fərdi yaşayış evləri zonalarında yerləşdiyindən, ərazidə yeni çoxmərtəbəli yaşayış binalarının inşası mümkün deyil:

"Bu səbəbdən, mövcud binaların sökülməsi və ərazinin abadlaşdırılması nəzərdə tutulur. Hazırda sözügedən ərazilərdə yerləşən mənzillər üzrə kompensasiyalar ödənilir, sakinlərin köçürülməsi prosesi davam edir. Bu işlər yekunlaşdıqdan sonra binaların söküntüsünə başlanılacaqdır".

Orxan Hüseyn

Son xəbərlər