Bakıda yol niyə çöküb? – RƏSMİ AÇIQLAMA
25
dek
2018
17:01
Bakıda avtomobillərin intensiv hərəkət etdiyi əsas yollarından birində çökmənin səbəbi araşdırılır.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bir neçə gün öncə Nobel prospektində, "Azərneftyağ" neft emalı zavodunun qarşısındakı çökmə baş verən yolda araşdırma aparılır."Həmin yolda çökmə bir neçə gün öncə baş verib. Yolun çökməsinə səbəb suyun yerə sızması olub. Hazırda mütəxəssislər tərəfindən suyun ora hansı yol ilə sızmasının səbəbləri araşdırılır. Hələlik isə təhlükəsizlik məqsədilə yolun dağılan hissəsi düzəldilib", - deyə A.Nəcəfli bildirib.Ziya SƏCCADBAKU.WSOxşar xəbərlər
Sürücülərə şad xəbər - Neftçilər prospektindəki təmir başa çatdı
Bakının Neftçilər prospektində dəmir yolunun çıxarılması və yolun təmiri prosesi başa çatıb.Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət...