Sürücülərə şad xəbər - Neftçilər prospektindəki təmir başa çatdı

Sürücülərə şad xəbər - Neftçilər prospektindəki təmir başa çatdı
Sosial 769
Bakının Neftçilər prospektində dəmir yolunun çıxarılması və yolun təmiri prosesi başa çatıb.Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.Onun sözlərinə görə, artıq ərazidən keçən istifadəsiz dəmir yolu xətti tam sökülüb: "Dəmir yolu xəttinin çıxarıldığı yer asfalt örtüklə döşənib, yolun nişanlanması prosesi də başa çatıb. Ərazi tam olaraq sürücülərin istifadəsinə verilib".Xatırladaq ki, bir-neçə gün əvvəl Neftçilər prospektindən keçən istifadəsiz dəmir yolu xəttinin sökülməsinə başlanılmışdı. Yolda avtomobillərin hərəkəti hissə-hissə məhdudlaşdırıldığından, bu da prospektdə tıxaca səbəb olmuşdu.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər