Bakının ən böyük prospektində hərəkət qismən məhdudlaşdırılır

Bakının ən böyük prospektində hərəkət qismən məhdudlaşdırılır
Sosial 1010
Neftçilər prospektində, Bakı limanına gedən dəmir yol xəttinin ləğvi ilə əlaqədar bu gündən başlayaraq 3 gün ərzində təmir-bərpa işləri aparılacaq.Bu barədə AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli BAKU.WS-ə məlumat verib. Onun sözlərinə görə, bununla əlaqədar olaraq sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.Sürücülərdən sözügedən ərazidə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.Yarana biləcək müvəqqəti narahatlığa görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.Onu da demək istəyirəm ki, vətəndaş bu barədə mətbuata şikayət edincə, birbaşa yol polisinə müraciət edib, nəticə əldə etsin.BAKU.WS

Son xəbərlər