Əhaliyə BƏD XƏBƏR - Bakı-Sumqayıt yolu yenidən bağlanır

Əhaliyə BƏD XƏBƏR - Bakı-Sumqayıt yolu yenidən bağlanır
Sosial 4436
Bakı-Sumqayıt yolu yenidən bağlanıb.Bu barədə AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli BAKU.WS-ə bildirib. Onun sözlərinə görə, Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində asfalt örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq iyul ayının 28-i səhər saat 10:00-dan iyul ayının 29-u səhər 05:00-a qədər avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.Hərəkət istiqaməti Beynəlxalq Avtovağzal kompleksinin yanından Stend Atıcılığı idman kompleksinə gedən yol vasitəsi ilə Bakı-Dairəvi-1 avtomobil yoluna yönəldiləcək.Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.BAKU.WS

Oxşar xəbərlər

DİQQƏT! Bu küçədə yol tam bağlanır

DİQQƏT! Bu küçədə yol tam bağlanır

Bakıda küçələrin birində hərəkət tam məhdudlaşdırılacaq.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, Mir Cəlal küçəsinin y...

860 Sosial 11:28 16 iyul 2018

Son xəbərlər