Ukrayna dairəsinin istifadəyə veriləcəyi DƏQİQ VAXT
17
iyl
2018
22:33
Bakının Xətai rayonu ərazisindəki Ukrayna dairəsində başlanan təmir işləri başa çatmaq üzrədir.BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.Qurum rəsmisi bildirib ki, artıq dairənin bir hissəsində təmir işləri tam başa çatıb: "Dairənin Məhəmməd Hadi küçəsi, Neapol dairəsi və Gəncə prospekti ilə kəsişmə hissəsində təmir işləri yekunlaşıb. Həmin hissə sürücülərin istifadəsinə verilib. Hazırda Fəhlə prospektinə çıxış hissədə asfaltlanma işləri gedir. İyulun 19-da təmir işləri tam başa çatacaq və dairə tam olaraq istifadəyə veriləcək".Xatırladaq ki, Xətai rayonu ərazisindəki Ukrayna dairəsi iyulun 12-də təmirə bağlanıb. Dairənin asfalt beton döşəməsi yenilənir.BAKU.WS
Oxşar xəbərlər
Sürücülərin nəzərinə! Bu yolda hərəkət məhdudlaşdırılır - XƏRİTƏ
Məhəmməd Hadi küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq iyul ayının 10-dan 11-nə keçən gecədən etibarən Ukrayna dairəsinin bir hissəsində asfa...