Sürücülərin nəzərinə! Bu dairə bağlandı
05
fev
2018
19:14
Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yerləşən dairə (Karl Marks dairəsi) aparılacaq təmir-tikinti işləri ilə əlaqədar olaraq bu gecədən etibarən (fevralın 5-dən 6-na keçən gecə) bağlanacaq.Bu barədə BAKU.WS-ə Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Onun spzlərinə görƏ avtonəqliyyat vasitələrinin hərəkəti müvafiq olaraq Atatürk prospekti (Ayna Sultanova) və Əli Mustafayev küçəsi (Xutor dairəsi) istiqamətinə yönəldiləcək.Təmir-tikinti işləri sözügedən hissədə avtonəqliyyat vasitələrinin sıxlığını azaltmaq məqsədi ilə aparılacaq və qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Bu üzdən sürücülərdən diqqətli olmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.BAKU.WS
Oxşar xəbərlər
"Azəravtoyol" sürücülərə xəbərdarlıq etdi
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq bu gündən etibarən Binəqədi rayonu Məsud Davudoğlu küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdı...