Bakıda bu prospektdə hərəkət məhdudlaşdırılır

Bakıda bu prospektdə hərəkət məhdudlaşdırılır
Sosial 975

 

Təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 13-dən 14-nə keçən gecə Qara Qarayev prospektinin Bəhruz Nuriyev küçəsi ilə kəsişməsindən ( "Laçın” ticarət mərkəzi ) Babək prospekti ilə kəsişməyədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur.

"Azəravtoyol”dan BAKU.WS-ə verilən məlumata görə, sözügedən hissədə hərəkət intensivliyi nəzərə alınaraq aparılacaq təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

"Baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyə edirik”, - deyə məlumatda vurğulanıb.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Bakının bu küçələri də təmirə bağlanır

Bakının bu küçələri də təmirə bağlanır

Təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 4-dən 5-nə keçən gecə Bakı şəhərində Qara Qarayev prospektinin Naxçıvanski küçəsi ilə kəsişməsindən (8-ci km b...

909 Sosial 14:14 04 avqust 2016

Son xəbərlər