Qara Qarayev prospekti bağlanır

Qara Qarayev prospekti bağlanır
Sosial 1612

Bakı şəhəri Nizami rayonunun Qara Qarayev prospektində aparılan təmir işləri ilə əlaqədar olaraq iyunun 30-dan iyulun 1-nə keçən gecə prospektin bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətli tam olaraq məhdudlaşdırılır.

Bu, "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumatda deyilir. 

Ərazidə hərəkətin məhdudlaşdırması Q.Qarayev prospektinin Şirin Mirzəyev küçəsindən Rüstəm Rüstəmov küçəsi istiqaməti üzrə (Dakar meydanınadək) olan hissəsində tətbiq olunacaq.

Digər hərəkət istiqaməti - R.Rüstəmov küçəsindən "Qara Qarayev" metro stansiyası yerləşən əraziyə doğru hərəkət istiqamətində hər hansı bir məhdudiyyət tətbiq olunmur.

BAKU.WS

Oxşar xəbərlər

Sürücülərin nəzərinə! Bakıda daha bir küçə bağlandı

Sürücülərin nəzərinə! Bakıda daha bir küçə bağlandı

Bakının daha bir küçəsi bağlanacaq. "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən BAKU.WS-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq Nizami rayonu...

927 Sosial 19:52 03 iyun 2016

Son xəbərlər