Bakının bu yolları təmirə bağlanır

Bakının bu yolları təmirə bağlanır
Sosial 1187

 

"Bakı Ağ Şəhər" layihəsi çərçivəsində Xaqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni yeraltı piyada keçidinin tikintisi işləri aparılır. Bu səbəbdən 4 aprel 2016-cı il tarixində səhər saatlarından etibarən sözügedən hissədə avtonəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdiriləcək.

BAKU.WS-ə "Azəravtoyol"dan daxil olan məlumata görə, mərkəzdən Nobel prospektinə doğru hərəkətdə olan avtonəqliyyat vasitələri yalnız Neftçilər prospekti ilə Nobel prospektinin kəsişməsində yerləşən yeni Dənizkənarı avtomobil yolundan istifadə edərək Nobel prospekti boyunca hərəkətlərinə davam edə biləcəklər. Əks istiqamətdə, yəni Nobel prospektindən mərkəzə doğru hərəkətdə olan avtonəqliyyat vasitələri üçün müvəqqəti olaraq Xaqani Rüstəmov küçəsi ilə kəsişmədə mövcud yola paralel olaraq yeni yol hissəsi salınıb. Avtonəqliyyat vasitıələri həmin yeni yol hissəsindən istifadə edərək hərəkətlərinə rahat və maneəsiz şəkildə davam etdirəcəklər.

Nobel prospektinin Xaqani Rüstəmov küçəsi ilə kəsişməsində sıxlığın yaranmaması üçün sürücülərdən tikinti işlərinin aparıldığı müddət ərzində öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməkləri tövsiyyə olunur.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda daha bir yol təmirə bağlandı

Bakıda daha bir yol təmirə bağlandı

Asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq 2 aprel 2016-cı il tarixində səhər saatlarından Bakının Nizami rayonu Bəkir Çobanzadə küçəsinin bi...

942 Sosial 19:42 01 aprel 2016

Son xəbərlər