Paytaxtın əsas yollarından biri təmir edilir (FOTO)
Bakıda əsas yollardan biri təmir olunub. "Azəryolservis” ASC-dən BAKU.WS-ə verilən məlumata görə, Babək prospektilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində yerləşən dairədə nəqliyyat sıxlığının qarşısını almaq məqsədi ilə yeni yol hissəsi salınıb. Artıq avtonəqliyyat vasitələri dairəyə daxil olmadan yeni yol hissəsindən istifadə etməklə geriyə dönmə əməliyyatını yerinə yetirərək, hərəkətlərini davam etdirə bilərlər. Bundan öncə isə geri dönmə əməliyatını həyata keçirmək üçün nəqliyyat vasitələri dairəyə daxil olurdular, digər istiqamətlərdən də bura nəqliyyat hərəkəti olduğu üçün günün pik saatlarında sözügedən ərazidə "tıxac” yaranırdı. Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC tərəfindən atılmış məqsədyönlü addımlar ərazidə nəqliyyat sıxlığının azalmasına müsbət təsir edib. Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində salınan yeni yol hissəsinin uzunluğu 33 metr, eni isə 11.5 metrdir. Yeni yol hissəsinin salınması ilə paralel olaraq, ərazidə təmir-tikinti işləri də həyata keçirilib. Babək prospektinin dairəyə düşən və dairədən qalxan istiqamətlərində köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənib. Ümumilikdə yeni yol hissəsi də daxil olmaqla ərazinin 4800 kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Təmir-tikinti işləri çərçivəsində əraziyə 535 paqon metr yeni səki daşı düzülüb, səkilər, dairənin üstü və yol ötürücüsünün alt hissəsi abadlaşdırılaraq, asfaltlanıb. Qeyd olunan ərazilərin ümumilikdə 3900 kvadrat metr sahəsi asfaltlanıb. Zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolun hərəkət hissəsinə üfiqi nişanlanma xətləri çəkilib. Bununla da sözügedən ərazidə Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC tərəfindən həm piyadaların, həm də avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkəti təmin olunub. Anoloji işlərin Xətai və Heydər Əliyev prospektlərinin kəsişməsində yerləşən yol ötürücüsünün alt hissəsində də görülməsi nəzərdə tutulub Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakı yollarında qırmızı asfalt (FOTO)
Bakının yol təsərrüfatında yenilik edilib. İlk dəfə olaraq yola tünd qırmızı rəngli asfalt-beton örtüyü döşənib. BAKU.WS-in məlumatına görə, yenilik Babək pros...