Paytaxtda körpü bağlanır

Paytaxtda körpü bağlanır
Sosial 1294

  Bu gün axşam saatlarında Bakının əsas yollarından biri bağlanacaq. Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-dən BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir. Bu çərçivədə axşam saat 22:00-dan səhər saatlarınadək Babək prospekti ilə Mikayıl Əliyev və Məhəmməd Hadi küçələrinin kəsişmələrində yerləşən yol ötürücülərində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu səbəbdən göstərilən müddət ərzində körpülərdə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq. Həmin istiqamətdə nəqliyyat vasitələri hərəkətlərinə yol ötürücülərinə daxil olmadan yan yollarla rahat və maneəsiz şəkildə davam edə biləcəklər. Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Paytaxtın mərkəzi küçəsində təmir yekunlaşdı (FOTO, VİDEO)

Paytaxtın mərkəzi küçəsində təmir yekunlaşdı (FOTO, VİDEO)

Paytaxtın Babək və Nobel prospektlərini birləşdirən Nəcəfqulu Rəfiyev küçəsində aparılan təmir-tikinti işləri tam olaraq yekunlaşıb. Artıq yenilənmiş küçədə nəq...

1110 Sosial 15:56 20 avqust 2015

Son xəbərlər