Ağ Şəhər yaxınlığında metro stansiyası tikiləcək

Ağ Şəhər yaxınlığında metro stansiyası tikiləcək
Sosial 2594

Bakıda yeni metrostansiyalar tikiləcək. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin BAKU.WS-ə verdiyi məlumata görə, Xətai stansiyasından Həzi Aslanov-2 stansiyasına qədər Nobel prospekti boyunca 3 stansiya inşa ediləcək. Qurum rəsmisinin sözlərinə görə, bu Bakı Metropoliteni xətlərinin konseptual inkişaf planında var. "Plana əsasən 2030-cu ilə qədər qədər bütün stansiyalar tikilib istifadəyə veriləcək. Bizim mövcud yaşıl xəttin davamı olaraq Xətai stansiyasından Həzi Aslanov-2 stansiyasına qədər Nobel prospekti boyunca 3 stansiyamız olmalıdır. Onlardan biri də Ağ Şəhərə yaxındır”, - deyə Nəsimi Paşayev bildirib. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Bakı metrosundan istifadə edənləri sevindirəcək qərar

Bakı metrosundan istifadə edənləri sevindirəcək qərar

Sabah Bakı Metropoliteni gecə saat 1-ə qədər işləyəcək. Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin BAKU.WS-ə verdiyi məlumata görə, bununl...

1776 Sosial 12:02 30 sentyabr 2015

Son xəbərlər