İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri müzakirə olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Hesablama Palatasında növbəti Kollegiya iclası keçirilib, işsizlikdən sığorta fondunun gəlirlərinin və xərclərinin auditi müzakirə olunub.
Bu barədə BAKU.WS-ə Hesablama Palatasından məlumat verilib.
Kollegiya iclasında auditor Vəfa Mütəllimova tərəfindən təqdim edilən "İşsizlikdən sığorta fondunun gəlirlərinin və xərclərinin (işsizlikdən sığorta ödənişləri və özünüməşğulluq tədbirlərinin təşkili üzrə xərclər istisna olmaqla) auditinin nəticələrinə dair Auditor hesabatı" müzakirə olunub. Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurum tərəfindən zəruri tədbirlərin görülməsinə dair qərar qəbul olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov və agentliyin struktur bölmə rəhbərləri auditin nəticələrinin aidiyyəti sahədə fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcəyini vurğulayaraq, irəli sürülən təklif və tövsiyələrin nəzərə alınacağını qeyd ediblər.
Sonra iclasda "İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi" müzakirə olunub.
Kollegiya üzvləri Rəydə əhatə olunan əsas məsələləri, aparılmış təhlillərin nəticələrini və irəli sürülən tövsiyələri nəzərdən keçiriblər. Müzakirələrin nəticəsində Rəyin təsdiqlənərək Azərbaycan Respublikası Milli Məclisinə göndərilməsi barədə qərar qəbul edilib.
Oxşar xəbərlər
Kirayə mənzillərdə YENİ ŞƏRTLƏR - Mənzil almaq çətinləşdi, yoxsa asanlaşdı?
"Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmində oktyabrın 1-dən qüvvəyə minən dəyişikliklər ilk baxışda şərtlərin sərtləşdirilməsi və mənzil əldə etmək imkanlar...