Bakı-Sumqayıt yolunun bir hissəsi təmirə bağlanır
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən 1 km uzunluğunda olan hissəsi 2016-cı il may ayının 30-dan bağlanacaq.
BAKU.WS-in məlumatına görə, hərəkətin tam olaraq məhdudlaşdırılması yalnız bir hərəkət istiqaməti üzrə ( Bakı şəhəri istiqaməti ) tətbiq olunacaq.
Təmir işləri aparılan müddət ərzində digər hərəkət hissəsi ilə ( Sumqayıt şəhəri istiqamətində ) avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək.
Sürücülərdən bunu nəzərə almalarını və diqqətli olmalarını xahiş edirik.
BAKU.WS
Oxşar xəbərlər
Sürücülərin nəzərinə: Ağsu aşırımı bağlanır
Aparılacaq qısa müddətli təmir işləri ilə əlaqədar olaraq sabahdan, yəni 23 may səhər saatlarından etibarən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun "Ağsu aşırımı"...