Sürücülərin nəzərinə: Ağsu aşırımı bağlanır

Sürücülərin nəzərinə: Ağsu aşırımı bağlanır
Sosial 2595

Aparılacaq qısa müddətli təmir işləri ilə əlaqədar olaraq sabahdan, yəni 23 may səhər saatlarından etibarən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun "Ağsu aşırımı" hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

"Azəravtoyol"dan qafqazinfo-ya daxil olan məlumata görə, sürücülərdən məhdudlaşdırmanın tətbiqi müddəti ərzində alternativ olaraq Muğanlı-İsmayıllı və Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yollarından istifadə etməkləri tövsiyə olunur.

BAKU.WS

Oxşar xəbərlər

Bakı-Qazax yolunda sürət həddi artırıldı

Bakı-Qazax yolunda sürət həddi artırıldı

Azərbaycanın əsas yollardan birində sürət həddi artırıldı. "Azəravtoyol" ASC-dən BAKU.WS-ə verilən məlumata görə, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə d...

3719 Sosial 12:32 14 may 2016

Son xəbərlər