Sürücülərin nəzərinə! Bu yol bağlanır!

Sürücülərin nəzərinə! Bu yol bağlanır!
Sosial 936
 

18 aprel axşam saat 22:00-dan 19 aprel səhər saatlarınadək paytaxt Bakının şimal girişində, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avomobil yolunun şəhərə doğru olan istiqamətində, Beynəlxalq Avtovağzal kompleksinin yaxınlığında təmir-bərpa işləri aparılacaq.

"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən BAKU.WS-ə verilən məlumata görə, təmir-bərpa işləri yolun sağ kənar iki hərəkət zolağında aparılacaq.

Bu üzdən həmin zolaqlarla avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Avtomobil yolunun sol kənar iki hərəkət zolağı ilə isə avtonəqliyyat vasitələrinin hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq. Bakı şəhərinə doğru istiqamətdə olan avtonəqliyyat vasitələri həmin iki hərəkət zolaqları ilə maneəsiz şəkildə hərəkətlərinə davam edə biləcəklər.

Təmir-bərpa işləri zamanı yarana biləcək müvəqqəti narahatlığa görə "Azəravtoyol" ASC vətəndaşlardan üzr istəyir.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan Kəlbəcərə gedən yolu təmir edir - VİDEO

Azərbaycan Kəlbəcərə gedən yolu təmir edir - VİDEO

Tərtər-Kəlbəcər avtomobil yolunun Şıxarx qəsəbəsinə qədər olan hissəsində təmir-tikinti işləri həyata keçirilir. "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən BAKU....

1797 Sosial 17:13 11 aprel 2016

Son xəbərlər