Azərbaycan Kəlbəcərə gedən yolu təmir edir - VİDEO

Azərbaycan Kəlbəcərə gedən yolu təmir edir - VİDEO
Video
Sosial 1797
 

Tərtər-Kəlbəcər avtomobil yolunun Şıxarx qəsəbəsinə qədər olan hissəsində təmir-tikinti işləri həyata keçirilir.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən BAKU.WS-ə verilən məlumata görə, ASC tərəfindən əsaslı şəkildə təmir olunan yolun uzunluğu 3.2 kilometrdir. Sözügedən yol Tərtər şəhərinin mərkəzi ilə Şıxarx qəsəbəsini birləşdirir. Avtomobil yolunun hərəkət hissəsinin eni 7.5 - 13 metr arası dəyişir.

Təmir-tikinti işləri çərçivəsində zəruri olan yerlərdə yol yatağında yararsız qrunt qazılaraq çıxarılıb və kənara daşınıb, yeni yol əsası tikilib, karbonat materialı tökülərək kipləşdirilib. Bundan başqa, suötürücü borular tikilib və zəruri olan yerlərdə yol kənarına yeni səki daşları düzülüb.

Hazırda yola yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Ümumilikdə 31 200 kv.m sahənin asfaltlanması nəzərdə tutulub.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılan tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilən təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

BAKU.WS

Oxşar xəbərlər

Bakının bu iki küçəsi bağlanır (FOTO, VİDEO)

Bakının bu iki küçəsi bağlanır (FOTO, VİDEO)

Binəqədi rayonu Süleyman Sani Axundov küçəsinin Abay Kunanbayev küçəsi ilə kəsişməsindən Mərkəzi Seçki Komissiyasının binasının qarşısınadək olan hissəsində, Əh...

1642 Sosial 11:52 19 sentyabr 2015

Son xəbərlər