Bakıda məktəbin qarşısında 18 yaşlı gənc öldürüldü: Saxlanılan var
Bakıda orta məktəbin qarşısında qətl törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Q.Mahmudov polis əməkdaşları tərəfindən saxlanılıb.
*** 12:49
Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı oğlan bıçaqlanaraq qətlə yetirilib.
BAKU.WS "Bakupost"a istinadla xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib.
Əraziyə polis əməkdaşları cəlb olunublar.
Hadisənin təfərrüatı hələlik məlum deyil.
TƏBİB-dən cavab olaraq bildirildi ki, dünən saat 21:25-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonundan çağırış qeydə alınıb:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeyd alınıb".
Oxşar xəbərlər
Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. DSX-nin Sərhəd Qoşunları Koma...