Ben Afflek Şakira ilə münasibət iddialarını təkzib edib
Hollivud aktyoru və rejissor Ben Afflek müğənni Şakira ilə sevgili olması barədə yayılan xəbərlərə münasibət bildirib.
BAKU.WS xəbər verir ki, aktyor müsahibəsində bu barədə yayılan söz-söhbətləri jurnalistlərdən eşitdiyini və belə iddiaların həqiqətə uyğun olmadığını deyib.
Afflek bildirib ki, hazırda əsas diqqətini uşaqlarına və işinə yönəldib. Onun sözlərinə görə, sıx iş qrafiki və övladları ilə keçirdiyi vaxt şəxsi münasibətlərə xüsusi diqqət ayırmasına imkan vermir.
Aktyorun sözləri Şakira ilə onun arasında münasibət olduğu barədə son vaxtlar yayılan iddialara cavab kimi qiymətləndirilib.
İddiaların aparıcı Ana Navarronun Afflek və Şakiranı görüşdürməyə çalışması ilə bağlı yayılan məlumatlardan sonra gündəmə gəldiyi bildirilir.
Oxşar xəbərlər
"Yeşilçam"ın məşhur aktyoru 90 yaşında vəfat etdi
"Yeşilçam"ın məşhur aktyoru Göksel Arsoy vəfat edib. BAKU.WS xəbər verir ki, o 90 yaşında dünyasını dəyişib. Xatırladaq ki, Göksel Arsoy "Qara günlərim", "Sama...