Bakı dairəvi yolunda köməkçi yol bağlanır

Bakı dairəvi yolunda köməkçi yol bağlanır
Sosial 1094

 

Fevralın 6-da aparılacaq təmir işləri ilə əlaqədar Bakı Dairəvi-1 avtomobil yolunun "Şamaxinka” deyilən əraziyə doğru olan istiqaməti üzrə köməkçi yolla nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

"Azəryolservis” ASC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, təmir işlərinin axşam saatlarına kimi aparılması nəzərdə tutulub. Sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sürücülərin nəzərinə: Bu küçələrdən keçməyin

Sürücülərin nəzərinə: Bu küçələrdən keçməyin

Paytaxtın Neftçilər prospekti Əziz Əliyev küçəsi kəsişməsindən Azneft dairəsinə qədər olan hissəsi yeni asfalt örtüyünün çəkilişi ilə əlaqədar olaraq, qısa müdd...

1108 Sosial 09:22 05 fevral 2016

Son xəbərlər