Bakı-Sumqayıt qatarının hərəkət qrafiki yenə dəyişdirildi

Bakı-Sumqayıt qatarının hərəkət qrafiki yenə dəyişdirildi
İqtisadiyyat 4381

  Sentyabrın 19 və 20-də Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlinə bəzi dəyişikliklər ediləcək. "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun BAKU.WS-ə verdiyi məlumata görə, elektrik qatarlarının sürətinin daha da artırılması məqsədilə Bakı-Sumqayıt dəmir yolu sahəsində bəzi tamamlama işləri aparılacaq. Bu səbəbdən Sentyabrın 19 və 20-də Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlinə bəzi dəyişikliklər ediləcək Belə ki, sentyabrın 19 və 20-də Bakıdan sərnişin stansiyasından saat 05:30, 07:50, 17:25 və 18:25-də, Sumqayıt sərnişin stansiyasından 07:10: 07:55, 17:10 və 19:30-da yola düşən elektrik qatarların hərəkəti müvəqqəti dayandırılacaq. Həmin günlər elektrik qatarları Bakı sərnişin stansiyasından saat 05:10, 06:50, 16:00, və 19. 25-də, Sumqayıt sərnişin stansiyasından 06:40, 09:00, 18:30 və 20:30-da yola düşəcəkdir. Təmir işləri başa çatandan sonra qatarlar əvvəlki cədvələ uyğun olaraq hərəkət edəcəkdir. Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər