Bu gün Bakının bu yolları bağlıdır (FOTO)

Bu gün Bakının bu yolları bağlıdır (FOTO)
Sosial 999

 

Bakının bəzi küçələri təmirə bağlanıb. 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, Mikayıl Əliyev küçəsinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində yerləşən dairədə təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. Sürücülərə alternativ olaraq Qara Qarayev prospekti və Bəkir Çobanzadə küçəsindən istifadə etmələri tövsiyə olunur.

Təmir işləri ilə əlaqədar olaraq Ramiz Quliyev küçəsində də nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamətdə tam məhdudlaşdırılıb. Sürücülərə alternativ olaraq Süleyman Əhmədov küçəsindən və Gəncə prospektindən istifadə etmələri tövsiyə olunur.

Ötən gündən etibarən Yasamal rayonunda, Zahid Xəlilov və Haqverdiyev küçələrinin kəsişməsində qəza-bərpa işləri aparılmaqdadır. Təmir işləri "Azərsu" ASC tərəfindən aparılır və bir neçə günlük bu yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Bakının bir hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb

Bakının bir hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb

Nizami rayonu, Mikayıl Əliyev küçəsi ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsində yerləşən dairədə noyabrın 14-dən etibarən nəqliyyat vasitələrinin hərəkəti müvəq...

825 Sosial 12:31 14 noyabr 2015

Son xəbərlər