Neftçilər prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Neftçilər prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Sosial 1091

Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin (zolaqların) yenidən rənglənməsi işləri davam etdirilir.

"Azəravtoyol” ASC-dən BAKU.WS-ə verilən məlumata görə, axşam saat 22:00-dan etibarən səhər saatlarına qədər, Neftçilər prospektinin, Azneft dairəsindən Bakı Dəniz Vağzalının qarşısına qədər olan hissəsində  yol cizgi və yol göstərici xətlərinin rənglənməsi işləri aparılacaq.

Bununla əlaqədar olaraq sözügedən prospektdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçmələrin tövsiyə olunur.

BAKU.WS 

Oxşar xəbərlər

Bakının mərkəzi küçələri təmirə bağlanır

Bakının mərkəzi küçələri təmirə bağlanır

Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgi və yolgöstərici xətlərin, həmçinin piyada keçidlərinin (zolaqlar) yenid...

1122 Sosial 18:20 31 may 2016

Son xəbərlər