Bakının bu küçələri də təmirə bağlanır

Bakının bu küçələri də təmirə bağlanır
Sosial 909

 

Təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 4-dən 5-nə keçən gecə Bakı şəhərində Qara Qarayev prospektinin Naxçıvanski küçəsi ilə kəsişməsindən (8-ci km bazarı) Bəhruz Nuriyev küçəsi ilə kəsişməsinədək olan hissəsində ("Laçın” Ticarət Mərkəzi ) avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur.

"Azəravtoyol" ASC-dən BAKU.WS-ə verilən məlumata görə, həmin hissədə hərəkət intensivliyi nəzərə alınaraq aparılacaq təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Sürücülərə hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollar seçmək tövsiyə olunur.

 

BAKU.WS

Oxşar xəbərlər

Sürücülərin nəzərinə: Bakıda daha bir küçə bağlandı

Sürücülərin nəzərinə: Bakıda daha bir küçə bağlandı

Bakıda daha bir yol təmirə bağlanır. BAKU.WS-in məlumatına görə, iyul ayının 22-dən 23-nə keçən gecədən etibarən Qara Qarayev prospektinin Rüstəm Rüstəmov (Ne...

748 Sosial 16:33 21 iyul 2016

Son xəbərlər