Bakı-Şamaxı-Muğanlı yolunun genişləndirilməsi yekunlaşır

Bakı-Şamaxı-Muğanlı yolunun genişləndirilməsi yekunlaşır
Sosial 1764
 

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində aparılan genişləndirmə işləri yekunlaşmaq üzrədir.

BAKU.WS-in xəbərinə görə, bu barədə Trend-ə "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Qurum rəsmisi bildirib ki, artıq yolun 45-91-ci kilometrində işlər yekunlaşıb:

"Bu ilin sonuna qədər işləri yekunlaşdırmağa çalışırıq. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-95-ci kilometrlik hissəsi 2 hərəkət zolaqlı idi. Həmin yol 4 hərəkət zolaqlı olacaq. Artıq yolun 45-91-ci kilometrliyində işlər yekunlaşıb. Hazırda yolun 13-15-ci kilometrliyində genişləndirilmə işləri aparılır. İlin sonuna kimi yolun 45-91 və 13-15-ci kilometrliklərində aparılan genişləndirilmə işləri başa çatdırılacaq və yol istifadəyə veriləcək. Hazırda yolun 15-45-ci kilometrliyində də aparılan işlər sürətləndirilib. İşlər sürətlə gedərsə, 13-91-ci kilometrlik hissə tam olaraq ilin sonunda sürücülərin istifadəsinə veriləcək. Əgər işlər yekunlaşdırılmasa, yolun 15-45-ci kilometrlik hissəsi isə gələn ilin əvvəlində istifadəyə veriləcək”.

Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsi ötən il istifadəyə verilib. Yolun Bakı-Şamaxı-Muğanlı hissəsində isə ötən il genişləndirilmə işlərinə başlanılıb.

BAKU.WS

Oxşar xəbərlər

Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Şamaxı avtomobil yolunun 12,8 km-də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. "Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən BAKU.WS-ə bildirilib ki, Bakı-Şam...

1553 Sosial 14:36 14 mart 2017

Son xəbərlər