Bakının mərkəzindəki böyük tıxacın SƏBƏBİ

Bakının mərkəzindəki böyük tıxacın SƏBƏBİ
Sosial 1580

Səhər saatlarında Bakının mərkəzində - Yusif Səfərov küçəsində böyük tıxac yaranıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, tıxacın səbəbi yolun genişləndirilməsi ilə əlaqədar son günlər aparılan təmir işləridir.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə bildirib ki, ərazidə aparılan qazıntı işləri Y.Səfərov küçəsinin genişləndirilməsi ilə bağlıdır:

"Küçədə aparılan yenidən qurulma işləri çərçivəsində yolun ayırıcı zolağı kiçildilir. Ayırıcı zolaq 4 metrdən 2 metrə endirilir. Qazıntı işləri bir hərəkət zolağı üzrə aparılır. Yolun digər 5 zolağı boşdur. Həmin ərazidə pik saatlarda sıxlıq müşahidə olunur".

BAKU.WS

Oxşar xəbərlər

Bakının mərkəzindəki böyük təmirin son vəziyyəti (FOTO, VİDEO)

Bakının mərkəzindəki böyük təmirin son vəziyyəti (FOTO, VİDEO)

Bakıda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etməklə sıxlığın aradan qaldırılması istiqamətində "Azəravtoyol” ASC tərəfindən ko...

2983 Video 14:27 23 fevral 2017

Son xəbərlər